...

Qafqaz Müsəlmanları İdarəsi sədrinin Ermənistanda keçiriləcək iclasda iştirakı sual altındadır

Cəmiyyət Materials 30 Mart 2011 11:26 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin MDB ölkələri Dinlərarası Şurasının bu dəfə Ermənistanda keçirilməsi planlaşdırılan iclasında iştirakı sual altındadır.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin Ermənistanda keçiriləcək iclasda iştirakı sual altındadır

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin MDB ölkələri Dinlərarası Şurasının bu dəfə Ermənistanda keçirilməsi planlaşdırılan iclasında iştirakı sual altındadır.

"Bu iclasda iştirak etmək üçün şeyxülislamın adına nə Moskva və Bütün Rusiyanın Patriarxı İkinci Kirildən, nə də bu iclasın keçiriləcəyi dövlətdən dəvətnamə gəlməyib", - cümə günü Trend-ə idarənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib.

Noyabrın 28-30-da keçiriləcək MDB ölkələri Dinlərarası Şurasının iclasında Qafqaz müsəlmanlarının lideri Allahşükür Paşazadə də iştirak edəcək. Bu barədə "Armenia Today" məlumat verib.

Ötən ilin aprelində Bakıda keçirilən Ümumdünya Din Xadimlərinin Sammitində Moskva və Bütün Rusiyanın Patriarxı İkinci Kiril, bütün ermənilərin katolikosu İkinci Qaregin və Qafqaz müsəlmanlarının lideri Allahşükür Paşazadə arasında görüş keçirilib. Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsi üzrə bəyannamə imzalayıblar. Sənəddə qeyd olunur ki, dini liderlər tərəflərdə yaranan iradə azadlığını, hərbi əsirlərin azad edilməsini alqışlayırlar və siyasi və dini xadimləri bu vicdanlı və insani prosesdə səyləri fəallaşdırmağa çağırırlar.

Xəbər lenti

Xəbər lenti