...

Azərbaycanda qanunsuz ovla məşğul olan şəxslərə qarşı cərimə tətbiq olunub

Cəmiyyət Materials 30 Mart 2011 20:02 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda qanunsuz ovla məşğul olan şəxslərə qarşı cərimə tətbiq olunub

Azərbaycan, Bakı, 30 mart /Trend/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Şamaxı rayonunun qışlaq ərazisinin Küdrü adlanan sahəsində avtomobillə qanunsuz ovla məşğul olan Bakı şəhər sakini Elxan Əliyev və 3 ərəb mənşəli şəxs saxlanılıb. Avtomobildən Əliyevə məxsus 1 ov tüfəngi aktlaşdırılaraq götürülüb və həmin şəxs barəsində inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.

Samux Ovçuluq Təsərrüfatının ərazisində də qanunsuz ovla məşğul olan Samux rayonu Qədili kənd sakini Razin Daşdəmirov saxlanılaraq ondan 1 ov tüfəngi və 1 patron götürülüb. Həmin şəxs barəsində müvafiq akt və protokol tərtib olunaraq 1000 manat məbləğində cərimə edilib.

Xəbər lenti

Xəbər lenti