...

Azərbaycanda abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək

Cəmiyyət Materials 2 Aprel 2011 12:37 (UTC +04:00)
İmtahanda iştirak etmək üçün 31 468 abituriyent qeydiyyatdan keçib.
Azərbaycanda abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda aprelin 3-də abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək. Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, ilk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Yevlax, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasının Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 35 binada keçiriləcək.

İmtahanda iştirak etmək üçün 31 468 abituriyent qeydiyyatdan keçib.

TQDK xəbərdarlıq edir ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək, imtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır.

Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək.

Növbəti sınaq imtahanı aprelin 10-da keçiriləcək və hazırda həmin imtahana yazılış davam edir. Aprel ayının 3-də və 10-da sınaq imtahanı iştirakçılarına eyni test kitabçası təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti