...

Azərbaycanda müxalifətin keçirdiyi qanunsuz aksiya ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 4 Aprel 2011 15:57 (UTC +04:00)
İctimai Palatanın şənbə günü keçirdiyi qanunsuz aksiya ilə bağlı cinayət işi başlanıb.
Azərbaycanda müxalifətin keçirdiyi qanunsuz aksiya ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 4 aprel /Trend/

İctimai Palatanın şənbə günü keçirdiyi qanunsuz aksiya ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, məlum faktla bağlı Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (233) və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ( 315-ci) maddələri ilə cinayət işi başlanıb.

İcazəsiz aksiya ilə bağlı Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP üzvü Məhəmməd Məcidli həbs olunub və onlara qarşı yuxarıda qeyd olunan maddələrlə ittiham elan edilib.

Faktla bağlı istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.

Bəzi müxalifət partiyalarını özündə birləşdirən İctimai Palata aprelin 2-də Bakının "Fəvvarələr" meydanında icazəsiz mitinq keçirməyə cəhd edib. Polis icazəsiz aksiyanın qarşısını alıb.

Xəbər lenti

Xəbər lenti