...

Azərbaycanın və Asiya ölkələrinin seysmoloqları regiondakı potensial zəlzələlərin maksimum gücünü dəqiqləşdirirlər

Cəmiyyət Materials 7 Aprel 2011 12:22 (UTC +04:00)
Azərbaycanın seysmoloqları bəzi Asiya ölkələrindən olan həmkarları ilə regiondakı potensial zəlzələlərin maksimum gücünün dəqiqləşdirilməsi üzərində işləyirlər.
Azərbaycanın və Asiya ölkələrinin seysmoloqları regiondakı potensial zəlzələlərin maksimum gücünü dəqiqləşdirirlər

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın seysmoloqları bəzi Asiya ölkələrindən olan həmkarları ilə regiondakı potensial zəlzələlərin maksimum gücünün dəqiqləşdirilməsi üzərində işləyirlər. Bu barədə Trend-ə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, Pakistan, İran, Suriya, Yaxın və Orta Şərqin digər ölkələrinin seysmoloqlarının iştirakı ilə zəlzələ ocaqlarının və onların maksimum gücünün araşdırılması üzrə fəaliyyət planı tərtib olunub.

"Bir müddət əvvəl Yaponiyada potensial zəlzələlərin maksimum gücü 8,3 balla qiymətləndirilirdi, lakin son aylar ərzində yeraltı təkanların gücü bu səviyyəni üstələyib. Bu, bizim regionumuzdakı seysmoloqları da əvvəlki proqnozlara yenidən baxmağa vadar edib. Çünki potensial zəlzələlərin maksimum gücünün daha dəqiq müəyyən edilməsi zərurəti meydana çıxıb", - Məmmədli bildirib.

Onun sözlərinə görə, Yaxın və Orta Şərq ölkələrinin seysmoloqlarının araşdırmalarının nəticələri iyunun əvvəlində İstanbulda müzakirə olunacaq.

Mart ayında Azərbaycanın Şirvan, Hacıqabul və Sabirabad şəhərləri yaxınlığında 12 ballıq Rixter cədvəli üzrə 3,5 baladək bir sıra yeraltı təkanlar qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti