Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi iyunun 2-dən 5-dək Koreya Respublikasının Seul şəhərində keçiriləcək KOTFA 2011 (Korea World Travel Fair) Beynəlxalq turizm sərgi-yarmarkasında iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, Asiyanın böyük beynəlxalq turizm sərgilərindən olan KOTFA Koreya Mədəniyyət və Turizm Nazirliyi, Koreya Milli Turizm Təşkilatı və Koreya Turagentlər Assosiasiyasının təşkilatçılığı ilə artıq 24-cü dəfədir keçirilir.
Sərginin keçirilməsində əsas məqsəd turizmin yeni inkişaf formaları və istiqamətləri barədə məlumat verməkdir.
Sərgi-yarmarkada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm potensialını əks etdirən reklam çap məhsullarını nümayiş etdirəcək.