...

Azərbaycanda turizmin inkişafına yönələn normativ-hüquqi aktlar hazırlanacaq

Cəmiyyət Materials 11 May 2011 14:37 (UTC +04:00)
Bu il Azərbaycana gələn turistlərin sayının ötən illə müqayisədə 10 faiz artacağı gözlənilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Azərbaycanda turizmin inkişafına yönələn normativ-hüquqi aktlar hazırlanacaq

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/

Bu il Azərbaycana gələn turistlərin sayının ötən illə müqayisədə 10 faiz artacağı gözlənilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, Azərbaycana gələn turistlərin sayının artmasına ölkədə yeni infrastruktur layihələrinin həyata keçirilməsi də müsbət təsir edəcək.

Qarayev onu da əlavə edib ki, artıq daha çox Azərbaycan turizminin inkişafına yönələn normativ-hüquqi aktların hazırlanması və tətbiqinə əhəmiyyət vermək lazımdır.

"Bu istiqamətdə görüləcək əsas tədbirlərdən biri turizm statistikasının yenidən hazırlanması və xidmətlərin çeşidinin müəyyən edilməsidir", - Qarayev deyib.

Nazir qeyd edib ki, bu il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasının yenidən qurulması üçün layihə hazırlanacaq. O, Kann Film Festivalı çərçivəsində Fransa şirkətlərinin nümayəndələri ilə bu mövzuda danışıqlar aparacağını da söyləyib.

"Sabah Kann festivalında Azərbaycan pavilyonu təqdim ediləcək. Orada Fransa şirkətlərinin nümayəndələri ilə görüşlərim olacaq, bu istiqamətdə danışıqlar davam etdiriləcək. Ümidvarıq ki, ilin axırına qədər Azərbaycanda kinostudiyanın yenidən qurulması üçün layihə hazırlanacaq", - Qarayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti