...

Azərbaycanda "İnsan hüquqları" aylığı keçiriləcək

Cəmiyyət Materials 11 May 2011 17:54 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aylığın keçirilməsində məqsəd il ərzində insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri və problemlərin həlli yollarını müəyyənləşdirməkdir.
Azərbaycanda "İnsan hüquqları" aylığı keçiriləcək

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/

18 iyun - İnsan Hüquqları Günü ilə əlaqədar Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək Azərbaycanda "İnsan hüquqları" aylığı keçiriləcək.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aylığın keçirilməsində məqsəd il ərzində insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri və problemlərin həlli yollarını müəyyənləşdirməkdir.

İnsan hüquqları ilə bağlı qurumlar, habelə dövlət orqanları, QHT-lər və digər aidiyyəti təşkilatlar ötən il ərzindəki fəaliyyətlərində olan irəliləyişlər və problemlər üzrə müxtəlif tədbirlər və müzakirələr təşkil edəcək, aylıq çərçivəsində keçirilmiş tədbirlər haqqında məlumatı, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflərini ombudsmana təqdim edəcəklər.

Görülən işlər ümumiləşdirilərək YUNESKO-nun dəstəyi ilə Bakı şəhərində bu il iyunun 16-18-də "Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusunda keçiriləcək ombudsmanların IX Bakı Beynəlxalq konfransında təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti