...

BMT-nin baş katibi dünya ölkələrinə müraciət edib

Cəmiyyət Materials 13 May 2011 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir K.Zərbalıyeva/

Uşaqları böyüdən, yaşlılara qulluq edən, hər kəs üçün dözümlülük və ləyaqət prinsipləri üzərində qurulan möhkəm icmalar yaradan ailələrə dəstək verək. Trend-in məlumatına görə, 15 may Beynəlxalq Ailə Günü münasibətilə BMT-nin baş katibi Pan Gi Mun dünya ölkələrinə müraciətində deyib.

"Bir çox ailələr daimi olaraq çətinlik çəkirlər. İşsiz və ifrat yoxsulluqda yaşayan böyüklər öz uşaqlarını lazımi qədər qida ilə təmin edə bilmirlər, bu da onlarda ömürlük fiziki və emosional iz buraxır. Ailənin digər üzvləri etinasızlıq və məhrumiyyətdən əziyyət çəkirlər. Yoxsulluq əvvəlki kimi yüz minlərlə qadının doğuş zamanı ölümünə səbəb kimi qalır", - baş katib bildirib.

Onun sözlərinə görə, problemin kökündə çox vaxt sosial təcridolunma durur. Ayrı-seçkilik və sosial xidmətlərdən qeyri-bərabər istifadə ailələri uşaqları üçün daha yaxşı gələcək planlaşdırmaq imkanından məhrum edir.

"Geniş, bir valideynli, başçıları işsiz, xəstə və ya əlil olan, cinsi oriyentasiyaya görə ayrı-seçkiliyə məruz qalan üzvü olan, şəhər xarabalıqlarında və ya kəndlərdə yaşayan ailələr daxil olmaqla, müəyyən ailə növləri xüsusilə risk altındadırlar. Yerli və miqrant ailələr, o cümlədən münaqişə və ya iğtişaş bölgələrində yaşayan ailələr də təcrid və məhrum olunurlar", - Pan Gi Mun qeyd edib.

Onun sözlərinə görə, bir sıra hökumətlər ailə maraqlarına yönələn strategiyalar qəbul ediblər.

Bu strategiyalara nağd pulun köçürülməsi, uşaq müavinəti, vergi güzəştləri, gender və uşaq amilini nəzərə alan sosial müdafiə daxildir.

Baş Katibin sözlərinə görə, uşaqların təhsil səviyyəsi və qidalanmasının yaxşılaşdırılmasına imkan yaradan bu cür strategiyaların artması nəsillər boyunca mövcud olan yoxsulluğa son qoya bilər.

Xəbər lenti

Xəbər lenti