...

Qayayadırmanma üzrə respublika birinciliyi keçiriləcək

Cəmiyyət Materials 14 May 2011 16:27 (UTC +04:00)
Mayın 15-də idman qayayadırmanması üzrə süni relyefdə ölkəmizin idman tarixində ilk dəfə olaraq Açıq Respublika Çempionatı keçiriləcək. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər nazirliyindən məlumat verilib.
Qayayadırmanma üzrə respublika birinciliyi keçiriləcək

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir T.Hacıyev/

Mayın 15-də idman qayayadırmanması üzrə süni relyefdə ölkəmizin idman tarixində ilk dəfə olaraq Açıq Respublika Çempionatı keçiriləcək. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından məlumat verilib.

Çempionat Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Beynəlxalq İdman Qayayadırmanması Federasiyasının üzvü olan Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Yarışda FAİREX (Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası) idmançıları ilə yanaşı bu federasiyaya daxil olmayan qurumların idmançıları və eləcə də, xarici ölkələrdən dəvət olunmuş idmançılar süni qaya divarlarında qüvvələrini sınayacaqlar.

Artıq Gürcüstan idmançıları Bakıdadırlar və yarış xəttinin hazırlanmasında FAİREX-ə yardımçı olacaqlar.

Xəbər lenti

Xəbər lenti