Azərbaycan, Bakı, 16 may /Trend/
Fransanın Korbey-Esson şəhərində azərbaycanlı gimnastların da iştirak etdiyi bədii gimnastika üzrə Dünya Kubokunun növbəti - yeddinci mərhələsi başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən ayrı-ayrı predmetlər üzrə final yarışları keçirilib. Milli yığmanın lideri Aliyə Qarayeva iki final yarışında iştirak edib və hər iki yarışda gümüş medallar qazanıb.
Aliyə halqa ilə yarışda 28.225 bal, topla kompozisiyaya görə isə 28.525 bal toplayıb.
Yalnız Rusiyadan olan Olimpiya çempionu Yevgeniya Kanayeva azərbaycanlı gimnastdan güclü olub. Birinci finalda Qarayevadan sonra xalçanın üçüncü sahibi Delfin Ledu, digəri isə belaruslu Melitina Stanyuta olub.
Çoxnövçülüyün yekunlarına gəldikdə, Aliyə Qarayeva doqquzuncu, digər gimnastımız Samirə Mustafayeva isə 49 iştirakçı arasında 24-cü yeri tutub.
Keçmiş mərhələ mayın 27-29-da Minskdə keçiriləcək bədii gimnastika üzrə 27-ci Avropa çempionatı ərəfəsində sonuncu sınaq turniri olub.
Avro-2011-ə üç fərdi gimnast - Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı, eləcə də tərkibində Lalə Yusifova, Aişə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cababrlı, Səbinə Qaratova və Siyana Vasilyevanın olduqları yeniyetmələrdən ibarət qrup komandası yola düşəcəklər.
"Minsk-Arena" universal idman kompleksinə qitənin 33 ölkəsini təmsil edən 74 gimnast və 23 yeniyetmədən ibarət kollektiv toplaşacaq. Ümumilikdə beşi - fərdi (komanda hesabında və dörd finalda - həlqə, top, gürz və lent) və ikisi - yeniyetmələrdə (çoxnövçülük və beş iplə final) olmaqla, yeddi medal dəsti oynanılacaq.