...

Azərbaycanda kənd məktəblərində işləyən bütün gənc müəllimlərə güzəştlər ediləcək

Cəmiyyət Materials 16 May 2011 15:25 (UTC +04:00)
Artıq yeni tədris ilindən Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji ixtisaslar üzrə 35 yaşadək məzunları ucqar kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlər üzrə müəllim işləyə biləcəklər.
Azərbaycanda kənd məktəblərində işləyən bütün gənc müəllimlərə güzəştlər ediləcək

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/

Artıq yeni tədris ilindən Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji ixtisaslar üzrə 35 yaşadək məzunları ucqar kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlər üzrə müəllim işləyə biləcəklər.

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin aparıcı məsləhətçisi Xəyyam Fərəcov Trend-ə bildirib ki, indiyədək dövlət sifarişinə əsasən həvəsləndirmə tədbirləri tətbiq olunan kənd məktəblərinə kadrların təyinatı birbaşa göndəriş yolu ilə aparılırdı. İndiyədək həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini yalnız həmin ildə bitirən məzunlara şamil edilirdi.

Fərəcov deyib ki, 35 yaşadək məzunlar həmin yerlər üzrə iş üçün müraciət etdikdə, onlara müsabiqə iştirak üçün tələb olunan keçid balı ilə əlaqədar da güzəşt ediləcək.

Müəllim işləmək istəyənlər imtahanda təqdim edilən test suallarının 80 faiz və ondan çoxuna cavab verdikdə keçid balını toplamış hesab edilirlər.

Həvəsləndirmə tədbirləri tətbiq olunan yerlər üzrə isə namizədlər sualların 60 faizi və ondan çoxunu cavablandıra bildikdə müsabiqədə iştirak hüququ qazanırlar.

Fərəcov qeyd edib ki, həvəsləndirmə tədbirləri 3 il müddətinə tətbiq olunur.

Bu müddət bitdikdən sonra da fəaliyyətini kənddə davam etdirmək istəyənlərə torpaq sahəsinin ayrılmasında, ipoteka kreditinin verilməsində yerli icra orqanları tərəfindən kömək göstəriləcək.

Nazirlər Kabinetinin qərarı ilə kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunan yerlər üzrə işləyən müəllimlərə yol, əmlakın daşınması üçün nəqliyyat xərcləri, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərin ödənişi üçün 40 manat məbləğində kompensasiya verilir.

Rayon mərkəzlərindən 20 km-dən çox məsafədə yerləşən orta məktəblərdə əmək fəaliyyətinə başlayanların, qeyd edilən həvəsləndirmə tədbirləri ilə yanaşı, 3 il müddətində aylıq əməkhaqqına 70 manat əlavə olunur.

Xəbər lenti

Xəbər lenti