...

Azərbaycan Bolqanstanla qeyri-enerji sektoru üzrə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır - səfir

Cəmiyyət Materials 17 May 2011 16:36 (UTC +04:00)
Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Emil Kərimov bu ölkənin nüfuzlu "B2B" jurnalına müsahibə verib.
Azərbaycan Bolqanstanla qeyri-enerji sektoru üzrə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır - səfir

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Emil Kərimov bu ölkənin nüfuzlu "B2B" jurnalına müsahibə verib. Trend-in Azərbaycanın Bolqarıstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, müsahibədə Azərbaycanın tarixindən, mədəniyyətindən, coğrafi mövqeyindən bəhs edilib.

Qeyd olunub ki, qədim tarixə malik Azərbaycanda ilk qədim insan qalıqlarının tapıntısına rast gəlinib. Dünyada neftin ilk dəfə olaraq buruq üsulu ilə quruda və dənizdə ölkəmizdə çıxarılması da müsahibədə vurğulanıb. Ölkəmizin Şərqdə ilk demokratik dövlət olması, Şərqdə ilk operanın Azərbaycanda yazılması da müsahibədə xüsusi yer alıb.

Müsahibədə Azərbaycanın müstəqilliyinin tarixindən danışılıb. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə yaranmış çətin iqtisadi və siyasi böhrandan istifadə edərək Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi qeyd olunub.

Çətin bir vəziyyətdə xalqımızın müraciəti ilə ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən, hakimiyyəti dövründə onun yüksək səyi və siyasi bacarığı ilə ölkədəki acınacaqlı vəziyyətə son qoyulmasından, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin elan edilməsindən də bəhs edilib.

Ümummilli liderimizin siyasi kursunun davamçısı İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı uğurlu islahatlar nəticəsində iqtisadiyyatımızın güclənməsindən və Azərbaycanın Qafqazda lider, MDB-də aparıcı ölkələrdən biri olmasından, 20 illik müstəqilliyimiz dövründə ölkəmizin siyasi və iqtisadi sahələrdə böyük nailiyyətlərə sahib olmasından da söz açılıb.

Müsahibə zamanı ölkəmizin Bolqanstanla qeyri-enerji sektoru üzrə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğu qeyd olunub, təhsil, mədəniyyət, turizm, yüngül sənaye, kənd təsərrüfatı sahələrində münasibətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və bu sahədə müvafıq işlərin aparıldığı bildirilib.

Sonda ölkəmizdə əlverişli investisiya yatırımı imkanları barədə ətraflı məlumat verilərək, bolqar iş adamları, eləcə də bolqar turistlər ölkəmizə dəvət edilib.

Xəbər lenti

Xəbər lenti