...

Azərbaycan akrobatları Rusiyada beynəlxalq turnirin bürünc mükafatçısı olublar

Cəmiyyət Materials 23 May 2011 18:12 (UTC +04:00)
Azərbaycan akrobatları Rusiyada keçirilən beynəlxalq turnirin bürünc mükafatçısı olublar.
Azərbaycan akrobatları Rusiyada beynəlxalq turnirin bürünc mükafatçısı olublar

Azərbaycan, Bakı, 23 may /Trend/

Azərbaycan akrobatları Rusiyada keçirilən beynəlxalq turnirin bürünc mükafatçısı olublar.

Qadın cütlüyü Aynur Hüseynova - Nərmin Ramazanova Krasnodarda akrobatik gimnastika üzrə keçirilən beynəlxalq turnirin bürünc mükafatçısı olublar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.

"İlk iki - balanslı və templi hərəkətlərdən sonra bizim duet təsnifatda dördüncü yerdə idi. Lakin finalda Aynur və Nərmin qarışıq kombinasiyada nəzərəçarpacaq səhvə yol vermədən çıxış edərək bürünc medallar qazanıblar", - məlumatda deyilir.

Orada tamblinq üzrə yarışlarda çıxış edən 14 yaşlı Mixail Malkin Rusiya idmançısına cəmi 0,2 bal məğlub olaraq dördüncü yeri tutub.

Daha bir dördüncü nəticəni beynəlxalq arenada debüt edən Aytən Şükürova (1997-ci il təvəllüdlü) göstərib.

Xəbər lenti

Xəbər lenti