...

Bayram günü Azərbaycanda hava dəyişkən buludlu və qismən yağmurlu keçəcək

Cəmiyyət Materials 27 May 2011 11:52 (UTC +04:00)
28 May - Respublika Günü Azərbaycanda hava dəyişkən buludlu və qismən yağmurlu keçəcək.
Bayram günü Azərbaycanda hava dəyişkən buludlu və qismən yağmurlu keçəcək

Azərbaycan, Bakı, 27 may /Trend/

28 May - Respublika Günü Azərbaycanda hava dəyişkən buludlu və qismən yağmurlu keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə arabir güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 28-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 13-17 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti