...

Bakı Slavyan Universitetində Macar, Macarıstanın Korvinus Universitetində Azərbaycan Mərkəzi yaradılacaq (FOTO)

Cəmiyyət Materials 16 İyun 2011 14:30 (UTC +04:00)
Bakı Slavyan Universitetində Macar, Macarıstanın Korvinus Universitetində isə Azərbaycan Mərkəzi yaradılacaq. Azərbaycanın Macarıstandakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, bununla bağlı razılıq BSU-nun rektoru Kamal Abdullanın Budapeştə səfəri çərçivəsində əldə edilib.
Bakı Slavyan Universitetində Macar, Macarıstanın Korvinus Universitetində Azərbaycan Mərkəzi yaradılacaq (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Bakı Slavyan Universitetində Macar, Macarıstanın Korvinus Universitetində isə Azərbaycan Mərkəzi yaradılacaq. Azərbaycanın Macarıstandakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, bununla bağlı razılıq BSU-nun rektoru Kamal Abdullanın Budapeştə səfəri çərçivəsində əldə edilib.

Səfər zamanı Azərbaycanın Macarıstandakı səfirliyində diplomatik nümayəndəliyin təşəbbüsü və yardımı ilə çap olunmuş "Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili" (Kamal Abdulla, Mariya Keneşi), "Azərbaycanca-macarca danışıq kitabçası" (Mariya Keneşi) və "Azərbaycan" (Borbala Obruşanski) kitablarının təqdimat mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan səfir Vilayət Quliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün geniş qeyd edildiyi bir vaxtda tanıtma xarakterli belə kitabların əhəmiyyətinin artdığını vurğulayıb.

Dünya miqyasında tanınan türkoloq-alim, Macarıstan Elmlər Akademiyasının akademiki Georq Xazai, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva son illərdə Macarıstanda türk, eləcə də Azərbaycan dilinə və ədəbiyyatına marağın əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti