...

Naxçıvanın Yaxın Şərq və Qafqazda insanların intensiv yaşadığı ən qədim yaşayış yeri olduğu müəyyənləşib

Cəmiyyət Materials 28 İyun 2011 17:25 (UTC +04:00)
Arxeologiya və Etnoqrafiya İnstitutu iyunun 4-dən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndinin şimalında yerləşən Qədim Şahtaxtı Arxeoloji Kompleksində qazıntı işlərinə başlayacaq.
Naxçıvanın Yaxın Şərq və Qafqazda insanların intensiv yaşadığı ən qədim yaşayış yeri olduğu müəyyənləşib

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu iyulun 4-dən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndinin şimalında yerləşən Qədim Şahtaxtı Arxeoloji Kompleksində qazıntı işlərinə başlayacaq.

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev çərşənbə axşamı Trend-ə bildirib ki, kompleksin 5 hektarlıq sahəsində Şahtaxtı qədim yaşayış yeri, 10 hektarlıq sahəsində isə qəbiristanlıq yerləşir.

Ekspedisiya rəisinin sözlərinə görə, bu yaxınlaradək Şahtaxtı qədim yaşayış yerinin 4000 illik tarixi olduğu bildirilsə də, artıq onun tarixinin daha qədim - 8000 il olduğu müəyyənləşdirilib.

"Bu abidə Yaxın Şərqdə və Qafqazda insanların eneolit, yəni mis-daş dövründən indiyədək intensiv yaşadığı yeganə abidədir. Bütün tarixi dövrləri özündə birləşdirən bu qədim yaşayış yerində hazırda da insanlar yaşayır. Yeni qazıntılar zamanı eneolit dövründən əvvəlki dövrə - neolit dövrünə çıxa bilərik. Bununla da yaşayış yerinin tarixi daha da qədimləşə bilər", - Ağayev deyib.

Xəbər lenti

Xəbər lenti