...

Azərbaycanda III qrup üzrə keçiriləcək qəbul imtahanının nəticələri iyulun 6-dək açıqlanacaq

Cəmiyyət Materials 2 İyul 2011 14:20 (UTC +04:00)
Azərbaycanda III ixtisas qrupu üzrə sabah keçiriləcək qəbul imtahanlarının nəticələri iyulun 6-dək açıqlanacaq. Bunu şənbə günü Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
Azərbaycanda III qrup üzrə keçiriləcək qəbul imtahanının nəticələri iyulun 6-dək açıqlanacaq

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda III ixtisas qrupu üzrə sabah keçiriləcək qəbul imtahanlarının nəticələri iyulun 6-dək açıqlanacaq. Bunu şənbə günü Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, imtahan nəticələri TQDK-nın saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər.

İyulun 3-də Azərbaycanda /2012-ci tədris ili üçün III ixtisas qrupu üzrə Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək.

III qrup üzrə 32 869 abituriyent ərizə verib. Sənəd verənlərin29 529 nəfəri Azərbaycan bölməsinin, 3340 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9270 nəfərini oğlanlar, 23 599 nəfərini isə qızlar təşkil edir.

İmtahan, Bakı, Naxçıvan, Sumqayıt və Gəncədə keçiriləcək.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə növbəti qəbul imtahanı 1-ci qrup üzrə iyulun 10-da, 4-cü qrup üzrə iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti