...

TQDK III qrup abituriyentləri üçün minimal balı aşağı salıb

Cəmiyyət Materials 5 İyul 2011 20:15 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrinə III ixtisa qrupu üzrə imtahan vermiş abituriyentlərin ixtisas seçimində iştirak üçün tələb olunan minimal balı aşağı salıb. Bunu Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
TQDK III qrup abituriyentləri üçün minimal balı aşağı salıb

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrinə III ixtisa qrupu üzrə imtahan vermiş abituriyentlərin ixtisas seçimində iştirak üçün tələb olunan minimal balı aşağı salıb. Bunu Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, III qrup abituriyentlərinin ixtisas seçimində iştirak üçün tələb olunan minimal bal əvvəl 300 nəzərdə tutulmuşdu, lakin müasabiqə vəziyyəti nisbətən aşağı olduğu üçün minimal bal 300-dən 250-yə endirilib. İxtisas seçimində iştirak üçün abituriyentlərin hər bir imtahan fənni istisna olmaqla, qalan 4 fənn üzrə topladığı nisbi bal 10-dan az olmamalıdır.

Bütün ixtisas qrupları üzrə abituriyentlər qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə ixtisas seçimi aparacaqlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

III qrup üzrə 32 869 abituriyent ərizə verib. Amma onların 1813-ü imtahana gəlməyib, 29 nəfər isə köçürməyə cəhd göstərdiyi üçün imtahandan xaric edilib.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə növbəti qəbul imtahanı 1-ci qrup üzrə iyulun 10-da, 4-cü qrup üzrə iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti