...

Azərbaycanda həkimlər üçün keçirilən növbəti imtahanların nəticələri açıqlanıb

Cəmiyyət Materials 5 Avqust 2011 14:20 (UTC +04:00)
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.
Azərbaycanda həkimlər üçün keçirilən növbəti imtahanların nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, avqustun 3-də allerqologiya, otorinolarinqologiya və travmatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 43 həkim iştirak edib. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticə göstərib.

Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 38 nəfər uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları epidemiologiya və gigiyena ixtisasları üzrə avqustun 10-da keçiriləcək.

Azərbaycanda həkimlərin sertifikasiyasına bu ilin yanvarından başlanılıb. Sertifikasiya iki mərhələli keçirilir. İlk mərhələdə həkimlər imtahan verirlər. I mərhələdən keçən həkimlər isə müsahibədən keçirlər. Müsahibə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılır.

Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçənlər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

Xəbər lenti

Xəbər lenti