Azərbaycan, Bakı, 30 avqust /Trend/
Sentyabrın 26-da Bakıda start götürəcək boks üzrə dünya çempionatında 126 ölkənin 716 idmançısının iştirak edəcəyi artrıq rəsmiləşib.
Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, bundan başqa, AIBA 6 ölkədən - Banqladeş, Benin, Kamboca, Yamayka, Nauru və Svazilenddən cavab gözləyir. Əgər bu ölkələr Beynəlxalq Boks Federasiyasına müsbət cavab versə, lisenziya xarakterli dünya çempionatında 132 ölkənin 728 idmançısı mübarizə aparacaq.
Oktyabrın 8-də yekun vurulacaq dünya çempionatından sonra London Olimpiadasına vəsiqə qazanacaq əksər boksçuların adları məlum olacaq.