...

Azərbaycanda tarixi şəhərlərdə mədəni irsin bərpası ilə bağlı treninq keçiriləcək

Cəmiyyət Materials 5 Sentyabr 2011 12:21 (UTC +04:00)
Sentyabrın 6-9-da Zaqatala rayonunda Avropa Şurasının "Kiyev təşəbbüsü regional proqramı" çərçivəsində həyata keçirilən "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsinin ölkə üzrə ilkin mərhələsinin ikinci seminar-treninqi keçiriləcək.
Azərbaycanda tarixi şəhərlərdə mədəni irsin bərpası ilə bağlı treninq keçiriləcək

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 6-9-da Zaqatala rayonunda Avropa Şurasının "Kiyev təşəbbüsü regional proqramı" çərçivəsində həyata keçirilən "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsinin ölkə üzrə ilkin mərhələsinin ikinci seminar-treninqi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbir dörd gün davam edəcək.

Seminarda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, layihədə Azərbaycan tərəfindən təmsil olunan on rayonun mədəni irs və şəhərsalma üzrə ixtisaslaşan mütəxəssisləri, eləcə də Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğundan dəvət edilmiş ekspertlərin iştirakı nəzərdə tutulub. Layihənin həyata keçirilməsində məqsəd ölkəmizin regionlarında mədəni irs amilini əsas götürməklə mədəni turizm infrastrukturunu inkişaf etdirməkdir.

Avropa Şurası və Avropa İttifaqının birgə maliyyə dəstəyi ilə həyata keçirilən layihədə Azərbaycanla yanaşı, Ukrayna, Moldova və Gürcüstan iştirak edir.

Xəbər lenti

Xəbər lenti