...

Ekoloji məsələlər sülhə nail olmaq üçün danışıqlara kömək edə bilər - Moldova naziri

Cəmiyyət Materials 8 Sentyabr 2011 18:26 (UTC +04:00)
Ekologiya məsələləri dövlətlər arasındakı münaqişələrdə sülh əldə etmək məqsədilə danışıqlara başlamaq üçün ümumi məxrəc təşkil edə bilər.
Ekoloji məsələlər sülhə nail olmaq üçün danışıqlara kömək edə bilər - Moldova naziri

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir M.Əliyev/

Ekologiya məsələləri dövlətlər arasındakı münaqişələrdə sülh əldə etmək məqsədilə danışıqlara başlamaq üçün ümumi məxrəc təşkil edə bilər. Bu barədə cümə axşamı Trend-ə müsahibəsində Moldovanın ətraf mühit naziri George Şalaru deyib.

"Ekoloji problemlərin həllində beynəlxalq təşkilatların münaqişə tərəfləri arasındakı rolu mühümdür. Lakin ictimai, ekoloji təşkilatların rolu da insanları havanın və suyun sərhədlərinin olmaması barədə fikirləşməyə məcbur etməlidir", - Şalaru bildirib.

Moldova nazirinin fikrincə, insanlar ekoloji təhlükəsizlikdən daha çox hərbi təhlükəsizlik barədə düşünürlər.

"İstənilən münaqişə vəziyyəti sülh ilə başa çatmalıdır. Sağlam düşüncə üstün olmalıdır və məhz bu zaman biz gələcək nəslə lazım olan ekoloji tarazlıq barədə düşünməliyik", - Şalaru deyib.

Onun sözlərinə görə, insanların əvvəlki nəsillərdən miras aldığı təbii zənginliklər gələcək nəsillər üçün qorunmalı, hətta təmizlənməlidir.

"Ekoloji tarazlıq barədə düşünməyən kəslər öz uşaqlarının gələcəyini də düşünmürlər", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti