...

Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan I sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edib

Cəmiyyət Materials 15 Sentyabr 2011 17:20 (UTC +04:00)
Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini çanta və məktəb ləvazimatları ilə təmin edib.
Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan I sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini çanta və məktəb ləvazimatları ilə təmin edib. Bu barədə Trend-ə Fonddan bildirilib.

Təxminən on min birinci sinif şagirdi üçün hazırlanan çantalara dərslər üzrə dəftərlər, üç cür rəsm albomu, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələmlər və b. məktəb ləvazimatları qoyulub.

Birincilərin yeni dərs ilinin başlanğıcında Fond tərəfindən məktəb ləvazimatı ilə təmini "Təhsilə dəstək" layihəsi üzrə ənənə halını alıb.

Xəbər lenti

Xəbər lenti