...

AMEA gənc alimlərlə bağlı yeni təklif verir

Cəmiyyət Materials 16 Sentyabr 2011 11:02 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri güzəştli ipoteka şərtlərindən yaralanan zaman gənc alimlər üçün müəyyənləşdirilmiş yaş senzinin artırılmasını təklif edir.
AMEA gənc alimlərlə bağlı yeni təklif verir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri güzəştli ipoteka şərtlərindən yaralanan zaman gənc alimlər üçün müəyyənləşdirilmiş yaş senzinin artırılmasını təklif edir.

Mərkəzin rəhbəri İlqar Orucov Trend-ə bildirib ki, hazırda yalnız yaşı 35-dək olan alimlər gənc alim hesab edilirlər. Buna görə də yalnız bu alimlər güzəştli ipoteka şərtlərindən yararlana bilirlər.

Bunun tərəfdarı olmayan Orucovun sözlərinə görə, 36-42 yaşlı alimlərin də mənzilə ehtiyacı var. Onlar da ipoteka krediti ilə özlərinə ev almaq istəyirlər.

Mərkəz rəhbəri bu baxımdan Avropa təcrübəsindən istifadə etməyin faydalı olacağına ümid edir.

"Avropada elm sahəsində gənclik yaş dövrü 43 yaşadək götürülür. Azərbaycanda da məsələyə daha çox bu prizmadan baxılmalıdır. Biz yaşı 42-43-dək olan alimlərin evlə təmini məsələsini gündəmə gətirməliyik. Çünki yaşı 35-dək olan gənclər elmdə ilk addımlarını atırlar. Ümumiyyətlə, elmdə gənclik yaş dövrü ölkə Prezidentinin imzaladığı "Elmin İnkişafı üzrə Milli Strategiya"da 41 yaşadək götürülüb. Buna görə də gənc alim kimi, ən azından, yaşı 41-dək olan alimlərin evlə təmini məsələsinə baxılmalıdır", - Orucov qeyd edib.

O bildirib ki, Azərbaycanda mənzilə ehtiyacı olan alimlərin sayının müəyyənləşdirilməsi üçün araşdırma aparılması da vacibdir. Hazırda AMEA-da yaşı 35-dək olan 200-ə yaxın alim var. AMEA-nın hələ bir neçə il əvvəl apardığı araşdırma zamanı bu qurumda çalışan 160-170 alimin evə ehtiyacının olduğunun müəyyənləşmişdi.

Mərkəz rəhbəri hesab edir ki, gənc alimlər üçün sovet dövründə olduğu kimi, dövlət hesabına və ya uzunmüddətli kreditlər hesabına ayrıca bina da tikilə bilər.

Xəbər lenti

Xəbər lenti