...

Azərbaycanda rezidenturaya qəbul imtahanları keçirilir

Cəmiyyət Materials 24 Sentyabr 2011 10:24 (UTC +04:00)
Bu gün Bakıda 2011/2012-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbulu üçün imtahanlar keçirilir.
Azərbaycanda rezidenturaya qəbul imtahanları keçirilir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda 2011/2012-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbulu üçün imtahanlar keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

İkinci mərhələnin imtahanı sentyabrın 25-də keçiriləcək.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq.

Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndiriləcək, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərməyəcək.

İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılacaq. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 40-dan az olmamalıdır.

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün 1056 namizəd ərizə verib.

Bu il Azərbaycanda rezidenturaya qəbul imtahanları ilk dəfə keçirilir.

Xəbər lenti

Xəbər lenti