...

Mühafizə Alayında dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2011 15:13 (UTC +04:00)
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı tədbir keçirilib.
Mühafizə Alayında dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir dövlət himninin səslənməsi və dövlət bayrağının gətirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev Alayın şəxsi heyətini dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə təbrik edib.

Nazir müavini Azərbaycan Demokratik Respublikasının yaranması, keçdiyi dövr, 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə bağlı məlumat verib.

O, ölkədə ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar, görülən işlər barədə danışıb. Bu siyasətin hazırda da ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Quliyev qeyd edib ki, ölkədə iqtisadi, siyasi, mədəni və digər sahələrdə əldə olunan uğurlar Azərbaycanı regionun ən güclü dövlətinə çevirib.

Quliyevin çıxışından sonra Mühafizə Alayı bölüklərinin təntənəli keçidi və xüsusi təyinatlı bölüyün nümunəvi çıxışı olub.

Tədbir iştirakçıları bölüklərarası voleybol yarışmasının final oyununa baxıb, Mühafizə Alayının ərazisi və şəxsi heyətin məişət şəraiti və muzey ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti