Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Dünya ölkələrində olduğu kimi, Azərbaycanın orta məktəblərində də variativ dərsliklərdən istifadə edilir. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı eyni siniflər üçün fərqli dərsliklərin hazırlanması məsələsinə aydınlıq gətirərkən deyib.
O bildirib ki, variativ dərsliklər eyni proqram və mövzular əsasında hazırlanır. Sadəcə, bu dərsliklərdə mövzuların şərh metodu və verilən tapşırıqlar fərqli olur.
Şahbazlı deyib ki, ibtidai siniflərdə variativ dərsliklər yoxdur. Amma respublikanın orta məktəblərində yuxarı siniflər üçün bır sıra fənlər üzrə variativ dərsliklərdən istifadə edilir.
"Məsələn, 10-11-ci siniflər üçün "Biologiya", 8-9-cu siniflər üçün "Azərbaycan dili" dərslilkləri variatıvdir. Eyni proqram əsasında 10 dənə variativ dərslik hazırlana bilər. Amma bir məktəbdə iki variativ dərsliyin istifadəsi arzuolunmazdır", - şöbə müdiri qeyd edib.
Nazirlik rəsmisi variativ dərslikləri seçmək hüququnun müəllim və valideynlərə məxsus olduğunu da bildirib.