...

Azərbaycanda metro stansiyalarından birinə Hüseyn Cavidin adının qoyulması təklif edilir

Cəmiyyət Materials 24 Oktyabr 2011 13:04 (UTC +04:00)
Azərbaycanda metro stansiyalarından birinə Hüseyn Cavidin adının qoyulması ilə bağlı təkliflər var.
Azərbaycanda metro stansiyalarından birinə Hüseyn Cavidin adının qoyulması təklif edilir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda metro stansiyalarından birinə Hüseyn Cavidin adının qoyulması ilə bağlı təkliflər var. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib.

Metropoliten rəisi stansiyaya adqoyma məsələsinin onun səlahiyyətlərinə aidiyyatı olmadığını bildirib.

Əhmədovun sözlərinə görə, bu işlə Nazirlər Kabineti yanında Adqoyma Komissiyası məşğul olur.

Hazırda Adqoyma Komissiyasında stansiyalardan birinə Hüseyn Cavidin adının verilməsi barədə təkliflərin olduğunu deyən Əhmədovun sözlərinə görə, Nazirlər Kabineti bununla bağlı hansı qərarı versə, onu yerinə yetirəcək.

Hüseyn Cavid Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu və şairidir. Gələn il oktyabrın 24-də Hüseyn Cavidin anadan olmasının 130 ili tamam olur.

Xəbər lenti

Xəbər lenti