Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Zorakılıq və cinayət qurbanı olmuş uşaq və gənclər üçün Psixososial Reablitasiya Mərkəzi yaradılıb.
Mərkəzin koordinatoru Elşad Rəhimov çərşənbə axşamı Trend-ə bildirib ki, "Ümidli gələcək" Gənclər Təşkilatının təşəbbüsü ilə yaradılan mərkəzə 5-23 yaşlı psixi, fiziki və cinsi zorakılığa məruz qalmış uşaq və gənclər qəbul olunur.
Mərkəzə qəbul olunan uşaq və gənclər aldıqları travmanın ağırlıq dərəcəsindən asılı olaraq, 4-6 ay müddətində pulsuz reablitasiya kursu keçirlər.
Reablitasiya Mərkəzinə qəbul olunan uşaqların sayının və onlar haqqında məlumatların məxfi saxlanıldığını deyən Rəhimov bildirib ki, gələcəkdə belə uşaqlar üçün sığınacaq mərkəzlərinin yaradılması nəzərdə tutulur.