...

Milli Məclisə qanunsuz tikililərlə bağlı qanun layihəsi daxil olmayıb

Cəmiyyət Materials 14 Dekabr 2011 14:27 (UTC +04:00)
Milli Məclisə qanunsuz tikililərlə bağlı qanun layihəsi daxil olmayıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
Milli Məclisə qanunsuz tikililərlə bağlı qanun layihəsi daxil olmayıb

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisə qanunsuz tikililərlə bağlı qanun layihəsi daxil olmayıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

Mirzəyev hesab edir ki, bu, qanunvericiliyin deyil, icra orqanlarının problemidir.

Onun sözlərinə görə, Parlamentə qanunsuz tikililərlə bağlı Prezidentin göstərişi ilə əlaqədar qanun layihəsi daxil olarsa, Milli Məclis bu layihəyə baxmağa hazırdır.

Mirzəyev Milli Məclisə təqdim olunan Şəhərsalma və Tikinti Məcəlləsinin yalnız yeni tikilən evlərə şamil olunacağını deyib.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov mətbuata bir neçə gün öncəki açıqlamasında qanunsuz tikililərlə bağlı qanun layihəsi hazırlandığını və Milli Məclisə təqdim olunduğunu deyib.

Xəbər lenti

Xəbər lenti