...

Azərbaycandan xarici ölkələrə gedən turistlər üçün səyahət sığortası yaradılacaq

Cəmiyyət Materials 27 Yanvar 2012 11:18 (UTC +04:00)
Azərbaycandan xarici ölkələrə gedən turistlər üçün səyahət sığortasının yaradılması nəzərdə tutulur.
Azərbaycandan xarici ölkələrə gedən turistlər üçün səyahət sığortası yaradılacaq

Azərbaycan, Bakı, 27 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycandan xarici ölkələrə gedən turistlər üçün səyahət sığortasının yaradılması nəzərdə tutulur. Bunu cümə günü Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, bu məsələ yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində təklif edilir. Nazirlik rəsmisi artıq səyahətə gedən insanlar üçün səyahət sığortasının tətbiq edilməsinin zəruri olduğunu qeyd edib.

İsmiyev bildirib ki, səyahət sığortası yalnız ölkədən gedən turistlərə şamil ediləcək. Bu sığortanın icbari və ya könüllü olacağı isə hələ bilinmir.

Şöbə müdirin sözlərinə görə, "Turizm haqqında" qanun layihəsi hələ Milli Məclisə təqdim edilməyib. Çünki layihədə bir sıra məsələlər müxtəlif dövlət qurumları ilə tam razılaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti