Azərbaycan, Bakı, 30 yanvar / Trend müxbir İ.İsabalayeva/
2011-ci il ərzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 31 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.
Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, hazırda respublikada 193 turizm sirkəti fəaliyyət göstərir.
Ötən il ərzində Azərbaycanda dövlət təsnifatından keçmis mehmanxana və mehmanxana tipli obyektlərin sayı 80-ə çatıb.
Obyektlərin təsnifatlaşdırılması Nazirlər Kabinetinin 16 iyul 2004-cü il tarixli, 97 nömrəli qərarı ilə təsdiqlənmiş "Turist-ekskursiya xidmətlərinin sertifikatlasdırılması Qaydası"na əsasən həyata keçirilir.