...

Azərbaycanda bu il qanunsuz ovla məşğul olan 85 nəfər saxlanılıb

Cəmiyyət Materials 24 Fevral 2012 18:08 (UTC +04:00)
Bu ilin yanvar-fevral aylarında keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 85 nəfər saxlanılıb, onlardan 73 ədəd ov tüfəngi, 233 ədəd patron, 164 ədəd quş, o cümlədən "Qırmızı kitab"a düşmüş fısıldayan qu, bəzgək quşları götürülüb.
Azərbaycanda bu il qanunsuz ovla məşğul olan 85 nəfər saxlanılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin yanvar-fevral aylarında keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 85 nəfər saxlanılıb, onlardan 73 ədəd ov tüfəngi, 233 ədəd patron, 164 ədəd quş, o cümlədən "Qırmızı kitab"a düşmüş fısıldayan qu, bəzgək quşları götürülüb.

Trend-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, faktlarla bağlı 55 nəfər barəsində protokol tərtib olunub, onlardan 24 nəfər inzibati qaydada ümumilikdə 24 min manat məbləğində cərimə edilib, 31 nəfərin işinə qanunamüvafiq qaydada baxılır. 30 nəfərin isə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Reydlər zamanı qanun pozucuları tərəfindən şəxsiyyətlərini təsdiq edən və ov silahlarına dair sənədlərin təqdim edilməməsi, nazirliyin əməkdaşlarına müqavimət göstərilməsi, hətta fiziki zərər vurulması halları da olub.

Məlumata görə, belə ki, fevralın 23-də nazirliyin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı Sabirabad, Saatlı və İmişli rayonlarının ərazisində fəaliyyət göstərən Sarısu Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 3 nəfər Saatlı rayonu Hacıqasımlı kənd sakini saxlanılıb. Şöbə əməkdaşları qanun pozucularından şəxsiyyətlərinin təsdiqinə və ov silahına dair sənəd tələb etdiyi zaman həmin şəxslərdən biri şöbənin əməkdaşı Kərim Səlimova müqavimət göstərib, ov silahı ilə onun üz nayihəsinə zərbə endirərək yaralayıb və qaçıblar.

Şöbə əməkdaşlarının səyi nəticəsində qanun pozucularından biri saxlanılaraq ondan 1 ədəd ov tüfəngi, 17 ədəd patron, 5 ədəd "Qırmızı kitaba" düşmüş fısıldayan qu quşu aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin 404-cü maddəsinə əsasən maddi-sübüt kimi götürülüb. Faktla bağlı qanunamüvafiq qaydada akt və protokol tərtib edilib.

Xəbər lenti

Xəbər lenti