...

Azərbaycanda temperaturun yüksəlməsi Kür cayında daşqına səbəb olacaq?

Cəmiyyət Materials 27 Fevral 2012 12:40 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət barədə məlumat verib.
Azərbaycanda temperaturun yüksəlməsi Kür cayında daşqına səbəb olacaq?

Azərbaycan, Bakı, 27 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda havanın temperaturunun yüksəlməsi ilə əlaqədar yaxın günlər ərzində Kür cayının suyunun səviyyəsi yüksələcək. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, səviyyənin artımı təhlükə yarada biləcək qədər olmayacaq.

Hazırda Kürün Surra məntəqəsində suyun səviyyəsi 638 (2011-ci il fevralın 27-də 616 sm), Şirvanda 522 (2011-ci il fevralın 27-də 500 sm ), Bankədə 338 (2011-ci il fevralın 27-də 341 sm), Araz çayının Novruzlu məntəqəsində isə 330 sm-dir (2011-ci il fevralın 27-də 340 sm).

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 143 kubmetr/saniyə olmaqla ongünlük normanın 74, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 72 kubmetr/saniyə olmaqla, ongünlük normanın 94 faizini təşkil edir.

Tağıyeva Kürün hazırkı səviyyəsinin stabil olduğunu da söyləyib.

Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 120-220, Kiçik Qafqazın çaylarında 140-150, Lənkəran-Astara bölgəsi çaylarında 50-90, Naxçıvan MR çaylarında isə 20-25 faizini təşkil edir.Hazırda Surra məntəqəsində suyun səviyyəsi 638, Şirvanda 522, Bankədə 338, Araz çayının Novruzlu məntəqəsində isə 330 santimetrdir.

Qeyd edək ki, bu qış mövsümündə Azərbaycan ərazilərinə düşən qar ehtiyatı ötən illə müqayisədə çoxdur.

Xəbər lenti

Xəbər lenti