...

Azərbaycanın bir qrup dövlət qulluqçusu Türkiyədə səfərdə olub

Cəmiyyət Materials 5 Mart 2012 17:04 (UTC +04:00)
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəylinin rəhbərlik etdiyi 5 dövlət orqanını təmsil edən nümayəndə heyəti Türkiyədə səfərdə olub.
Azərbaycanın bir qrup dövlət qulluqçusu Türkiyədə səfərdə olub

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın bir qrup dövlət qulluqçusu Türkiyədə səfərdə olub.

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəylinin rəhbərlik etdiyi 5 dövlət orqanını təmsil edən nümayəndə heyəti Türkiyədə səfərdə olub.

Nümayəndə heyətinə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri daxil olublar.

Səfər ərzində Azərbaycan nümayəndə heyəti Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ətraf Mühit və Şəhərsalma Nazirliyi, Dövlət Kadrlar İdarəsi, Dini İşlər İdarəsi və Elmi-Texnoloji Araşdırmalar Qurumunda olub.

Hər bir dövlət orqanında həmin orqanın fəaliyyəti və həyata keçirdiyi siyasət barədə Azərbaycan dövlət qulluqçularına məlumat verilib.

Qeyd edək ki, Fəaliyyət Proqramına əsasən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, Dövlət Kadrlar İdarəsinin, Dini İşlər İdarəsinin və Elmi-Texnoloji Araşdırma Qurumunun nümayəndələri ötən ilin oktyabr-noyabr aylarında Azərbaycanda səfərdə olub.

Xəbər lenti

Xəbər lenti