...

Bakıda daha bir tikinti şirkətinin rəhbərinin həbs olunduğu bildirilir

Cəmiyyət Materials 12 Mart 2012 14:03 (UTC +04:00)
Prokurorluq orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, "Oskar Qrup" MMC-nin rəhbəri Muxtar Bayramov bir neçə gün öncə korrupsiya cinayətində ittiham olunaraq həbs edilib.
Bakıda daha bir tikinti şirkətinin rəhbərinin həbs olunduğu bildirilir

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda daha bir tikinti şirkətinin rəhbəri həbs olunub.

Prokurorluq orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, "Oskar Qrup" MMC-nin rəhbəri Muxtar Bayramov bir neçə gün öncə korrupsiya cinayətində ittiham olunaraq həbs edilib.

Məlumata görə, o, vətəndaşların etibarından sui-istifadə edərək payçıların pulunu mənimsəməkdə ittiham olunur.

Bayramov vətəndaşların Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciəti əsasında keçirilən əməliyyat zamanı saxlanılıb və barəsində cinayət işi başlanıb.

Şirkət rəhbərinin həbsi ilə bağlı hələlik rəsmi məlumat verilmir.

Bundan öncə də bir neçə tikinti şirkətinin rəhbər şəxsləri korrupsiya cinayətlərində ittiham olunaraq həbs ediliblər.

Bununla bağlı hələ rəsmi məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti