...

Son 2 ildə Azərbaycanda 24 uşaq övladlığa verilib

Cəmiyyət Materials 13 Mart 2012 11:38 (UTC +04:00)
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində 149 uşaq bioloji ailəsinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.
Son 2 ildə Azərbaycanda 24 uşaq övladlığa verilib

Azərbaycan, Bakı, 13 mart / Trend müxbir İ.İsabalayeva/

"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində 149 uşaq bioloji ailəsinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, son 2 il ərzində 10-17 yaş arası 24 uşaq övladlığa verilib. İnternat tipli 9 müəssisə ümumi təhsil məktəbinə, lisey və gimnaziyaya çevrilib.

Bakının Sabunçu, Xəzər, Suraxanı rayonlarında günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzləri yaradılıb. Daha 2 reabilitasiya mərkəzi isə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə verilib.

Reabilitasiya mərkəzlərində alternativ xidmətlərə cəlb edilmiş hər bir uşağın qiymətləndirilməsi, fərdi təlim planının tərtib olunması və reabilitasiya işlərinin keyfiyyətinin monitorinqi ilə bağlı tədbirlər həyata keçirilib. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən alternativ qayğı mərkəzlərinin yaradılması sayəsində 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb.

Risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin operativ aradan qaldırılması, uşaqların müvafiq müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsi istiqamətində görülən tədbirlər nəticəsində ölkə üzrə ümumilikdə 465 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Eyni zamanda, dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalıb. 2008-ci ildə 14389 nəfər təşkil edən bu rəqəm 2011-ci ildə 9776 nəfərə enib.

Xəbər lenti

Xəbər lenti