...

Ötən il 2000-dən çox IX sinif şagirdi şəhadətnamə ala bilməyib

Cəmiyyət Materials 24 Mart 2012 16:22 (UTC +04:00)
Ötən tədris ilində payız buraxılış imtahanlarında iştirak etmiş 2419 nəfər IX sinif şagirdi şəhadətnamə ala bilməyib.
Ötən il 2000-dən çox IX sinif şagirdi şəhadətnamə ala bilməyib

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir İ.İsabalayeva/

Ötən tədris ilində payız buraxılış imtahanlarında iştirak etmiş 2419 nəfər IX sinif şagirdi şəhadətnamə ala bilməyib.

Təhsil Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, 2010/2011-ci dərs ilində payız imtahanlarına qalmış 25 705 nəfər IX sinif şagirdindən 14 096-sı təkrar buraxılış imtahanında iştirak edib.

Onlardan 11 677 nəfəri imtahanlarda müsbət qiymət alıb.

Təhsil nazirinin "Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanının keçirilməsi haqqında" əmrinə əsasən, payız buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün də təkrar imtahan keçirilib.

Xəbər lenti

Xəbər lenti