...

Bakı sürücülərinin nəzərinə: bəzi küçə və prospektlərdə təmir işlərinə başlanılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 28 Mart 2012 10:23 (UTC +04:00)
Bakının daha bir prospektində təmir işlərinə başlanılıb.
Bakı sürücülərinin nəzərinə: bəzi küçə və prospektlərdə təmir işlərinə başlanılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakının daha bir prospektində təmir işlərinə başlanılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov Trend-ə bildirib ki, Xətai prospektində komunikasiya xətlərinin dəyişdirilməsi və asfalt örtüyün çəkilməsi ilə əlaqədar olaraq həmin yol mərhələlərlə bağlanacaq.

Onun sözlərinə görə, prospektdə təmir işlərinə iki gündür başlanılıb və dünən Xətai prospekti ilə Dəmirçizadə küçəsinin kəsişməsi müvəqqəti olaraq bir neçə saatlığa bağlanıb.

İslamov deyib ki, prospektdə aparılan işlər yolun daralmasına səbəb olur və nəqliyyatın hərəkətində sıxlıq yaradacaq.

Şöbə rəisi bildirib ki, yeni su xətlərinin çəkilməsi ilə əlaqədar Sabunçu dairəsindən Maştağa qəsəbəsinədək olan yol və Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkətində müvəqqəti məhdudlaşdırmalar olacaq.

Həmin yollarda su xətləri və asfalt örtüyü yenilənəcək. İslamov qeyd edib ki, həmin yollar tam bağlanmayacaq.

Şöbə rəisinin sözlərinə görə, yolayrıclarının tam bağlanması gecə saatlarında (00:00-dan 08:00-dək) həyata keçirilir.

O, bununla əlaqədar sürücülərə yol hərəkəti qaydalarına riayət etmələrini, mümkün qədər alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti