Azərbaycan, Bakı, 1 aprel / Trend müxbir M.Əliyev/
Bakıda mal ətinin qiyməti 50 qəpik düşüb.
Trend-in məlumatına görə, 8 manat 50 qəpiyə satılan mal əti artıq şəhər bazarlarında satışda 8 manatadır.
Ət satıcıları qiymətin düşməsini mövsümi xarakterli adlandırıblar.
Qiymət düşməsi qoyun ətinə təsir etməyib. 1 kiloqram qoyun ətinin qiyməti bazarlarda 9 manat - 9 manat 50 qəpik təşkil edir.