...

Azərbaycanda doğum haqqında şəhadətnamələrin verilməsi sadələşdiriləcək

Cəmiyyət Materials 2 Aprel 2012 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda doğum haqqında şəhadətnamələrin verilməsi sadələşdiriləcək. Bu barədə bazar ertəsi Trend-ə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib.

Əsədzadənin sözlərinə görə, artıq Ədliyyə Nazirliyi ilə Səhiyyə Nazirliyi arasında elektron informasiya sistemləri birləşdirilib.

"Hazırda Ədliyyə Nazirliyi yeni doğulan uşaqlar barədə məlumatları bizim bazamızdan onlayn qaydada əldə edir və sonradan bu məlumatlar əsasında doğum haqqında şəhadətnamənn verilməsi prosesini təkmilləşdirmək üçün işləri davam etdirir", - Əsədzadə deyib.

Səhiyyə Nazirliyinin elektron sisteminə bütün doğum evləri, xəstəxanaların doğuş şöbələri və nazirliyin tabeçiliyində olan uşaq tibb müəssisələri qoşulub. Nazirliyin idarələri arasında lokal şəbəkə yaradılıb ki, bu da ikitərəfli məlumat mübadiləsinin aparılmasına kömək edir.

Xəbər lenti

Xəbər lenti