...

Bakıda aprelin 2-də temperaturun rekord göstəricisi qeydə alınıb

Cəmiyyət Materials 3 Aprel 2012 11:57 (UTC +04:00)
Aprelin 2-də Bakıda 2008-ci il aprelin 2-nin sutkalıq rekord göstəricisi yenilənib.
Bakıda aprelin 2-də temperaturun rekord göstəricisi qeydə alınıb

Azərbaycan, Bakı, 3 aprel / Trend müxbir İ.İsabalayeva/

Aprelin 2-də Bakıda 2008-ci il aprelin 2-nin sutkalıq rekord göstəricisi yenilənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, aprelin 2-də Bakıda orta sutkalıq temperatur iqlim normasından 8,5 dərəcə yuxarı, maksimal temperatur isə Bakıda 25,5 dərəcə təşkil edib. Bununla da 2008-ci il aprelin 2-də olan ( 23,5 dərəcə) sutkalıq rekord göstərici yenilənib.

Aprelin 4-də isə Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-9,, gündüz 12-16 dərəcə isti olacaq.

Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti