...

İranda tibb universitetlərinin tələbələrinin etiraz aksiyası davam edir

Cəmiyyət Materials 4 Aprel 2012 11:31 (UTC +04:00)
İranda ölkənin müxtəlif bölgələrində tibb sahəsində təhsil alan bir qurup tələbə paytaxt Tehrana gələrək Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirir.
İranda tibb universitetlərinin tələbələrinin etiraz aksiyası davam edir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir T.Cəfərov/

İranda ölkənin müxtəlif bölgələrində tibb sahəsində təhsil alan bir qurup tələbə paytaxt Tehrana gələrək Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirir. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Məlumata əsasən, etiraz aksiyası ötən gün başlayıb və bu gün də davam edir. Tələbələr elmi dərəcə və iş stajları ilə bağlı test imtahanının keçirilmə qaydası və verilmiş suallara etiraz ediblər.

Etirazçı tələbələr aksiyalarını Prezident Administrasiyasının binası qarşısında da davam etdirəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti