Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda icra nümayəndəsi korrupsiya faktına görə saxlanılıb.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Bakının Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi Arzu Hadıyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı idarə tərəfindən Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Sultanov prokurorluq tərəfindən cinayət işi ilə bağlı ictimaiyyətə rəsmi açıqlama veriləcəyini deyib.