...

İranın ali lideri 1002 məhbusu əfv etdi

Cəmiyyət Materials 5 Aprel 2012 12:05 (UTC +04:00)
İranın ali lideri ayətullah Əli Xamneyi İslam Respublikası Günü münasibətilə həbsdə olan 1002 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb.
İranın ali lideri 1002 məhbusu əfv etdi

Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir T.Cəfərov /

İranın ali lideri ayətullah Əli Xamneyi İslam Respublikası Günü münasibətilə həbsdə olan 1002 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani İslam Respublikası Günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 1002 məhbusun əfv edilməsi xahiş olunur.

1357-ci hicri ili fərvərdin ayının 12-si (1979-cu il martın 30-da və 31-də) keçirilən iki günlük ümummilli referendumun gedişində iranlıların 98,2 faizi ölkədə sistemin dəyişdirilməsinin lehinə səs veriblər.

Nəticədə 1979-cu il aprelin 1-də ölkə respublika elan edilib və İran İslam Respublikası adını alıb.

Bu hadisə 1979-cu ilin fevralında sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələnən islam inqilabından sonra baş verib.

Xəbər lenti

Xəbər lenti