...

Azərbaycan Mətbuat Şurası "Eurovision 2012" ilə bağlı müzakirələr aparacaq

Cəmiyyət Materials 10 Aprel 2012 16:33 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Eurovision 2012" ilə bağlı müzakirələr aparılacaq.
Azərbaycan Mətbuat Şurası "Eurovision 2012" ilə bağlı müzakirələr aparacaq

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Eurovision 2012" ilə bağlı müzakirələr aparılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Şuradan məlumat verilib.

"Eurovision 2012: Azərbaycan həqiqətləri yerli və xarici mediada" mövzusunda keçiriləcək "dəyirmi masa"da Azərbaycan jurnalistlərinin nüfuzlu mahnı musabiqəsinin keçirildiyi günlərdəki fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılacaq.

Azərbaycanda fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin, ictimai xadimlərin qatılacaqları tədbirdə "Eurovision 2012" beynəlxalq musiqi yarışması ilə bağlı yerli və xarici media orqanlarında gedən materiallara diqqət yetiriləcək, onların spesifik xüsusiyyətləri barədə fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti