Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı ötən il 37 faiz artıb. Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib.
"3 yaşınadək əlil uşaqların sayının bu qədər artması ciddi və düşündürücü bir göstəricidir", - o deyib.
Komitə üzvü, deputat Yaqub Mahmudov da bu məsələ ilə bağlı danışaraq çıxış yolu kimi Azərbaycanda "Yeyinti məhsullarının tərkibinin zənginləşdirilm
İclasda iştirak edən Azərbaycanın baş pediatrı Nəsib Quliyev bu rəqəmin narahatedici olduğunu deyib. O bildirib ki, Azərbaycanda anomaliyalı uşaqların doğulma sayı dünyanın digər ölkələri ilə müqayisədə çoxdur.