...

Azərbaycanda səs siqnallarından lüzumsuz istifadə edən sürücülərin nəzərinə

Cəmiyyət Materials 12 Aprel 2012 16:04 (UTC +04:00)
Yersiz səs siqnallarından istifadə olunmasına görə cərimələr artırılıb.
Azərbaycanda səs siqnallarından lüzumsuz istifadə edən sürücülərin nəzərinə

Azərbaycan, Bakı, 12 aprel / Trend müxbir K.Zərbalıyeva/

Yersiz səs siqnallarından istifadə olunmasına görə cərimələr artırılıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilən son əlavə və dəyişikliklərdən sonra səs siqnallarlndan istifadə qaydalarının pozulması Məcəllənin 151-ci maddəsindən çıxarılaraq 151-2-ci maddəsinə salınıb. Bu inzibati xətaya görə, cərimənin məbləği 30 manat müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər ölkə Prezidenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Hazırda qüvvədə olan qanuna görə, səs siqnallarından istifadə qaydalarının pozulmasına görə 15 manatdan 20 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Əliyev bildirib ki, səs siqnallarından yersiz istifadə olunması vətəndaşların narahatlığına səbəb olur. Onun sözlərinə görə, "Yol hərəkəti haqqında" qanun yaşayış məntəqələrində səs siqnallarından istifadə olunmasının yalnız 2 halını müəyyən edir.

"Sürücü iki halda səs siqnallarından istifadə edə bilər: yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. Bu hallardan başqa səs siqnallarından istifadə olunması inzibati məsuliyyət yaradır", - şöbə rəisi deyib.

Avtobus sürücüləri tərəfindən səs siqnallarından istifadə qaydalarının pozulması hallarına daha çox rast gəlindiyini deyən İdarə sözçüsü bildirib ki, şəhərdaxili sərnişin avtobuslarının səs siqnalları sonradan qoyulur.

Onun sözlərinə görə, bu səs siqnallarının yüksəkliyi şəhər daxili üçün nəzərdə tutulmayıb. Əliyev şəhərdaxili nəqliyyatın səs siqnallarına Nəqliyyat Nazirliyi tərəfindən nəzarətin gücləndirilməsini vacib hesab edir.

Xəbər lenti

Xəbər lenti