...

Azərbaycan Mətbuat Şurası jurnalistlərə təzyiqlərlə bağlı daxili işlər nazirinə müraciət edib

Cəmiyyət Materials 18 Aprel 2012 17:25 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən təzyiqlərlə üzləşmələri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.
Azərbaycan Mətbuat Şurası jurnalistlərə təzyiqlərlə bağlı daxili işlər nazirinə müraciət edib

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Mətbuat Şurasının sədri jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən təzyiqlərlə üzləşmələri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Şuradan Trend-ə verilən məlumata görə, Əflatun Amaşovun müraciətində bildirilir ki, "Yeni Müsavat" qəzetinin əməkdaşı Günay Musayeva və jurnalist İdrak Abbasov ("Zerkalo" qəzeti) aprelin 18-də ARDNŞ-nin Binəqədi rayonundakı 4-cü mədən ərazisində yerləşən tikililərin söküntü prosesi ilə bağlı material hazırlayarkən təzyiqlərlə üzləşiblər.

Şirkətin işçiləri onların peşə vəzifələrini yerinə yetirmələrinə mane olub, Musayevaya təzyiq göstərərək fotoaparatını əlindən alıblar. Abbasov isə fiziki təzyiqə məruz qalmaqla yanaşı, digər həmkarı kimi təhqir olunub.

Şura sədri müraciətində məsələnin ətraflı araşdırılacağına və qanuna müvafiq tədbir görüləcəyinə əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti